“Azərbaycan zərgərlər assosiasiyası” ictimai birliyi 2020-ci ilin Fevral ayında təsis edilmişdir. Birliyin missiyası Azərbaycanın regional zərgərlik fəaliyyət mərkəzinə çevrilməsidir.
Assosiasiyanın əsas fəaliyyət istiqamətləri:
1. Zərgərlik bazarında fəaliyyət göstərən sahibkarları bir araya gətirərək, onlar arasında dialoq yaratmaq;
2. Zərgərlik fəaliyyəti göstərən sahibkarlar ilə Dövlər qurumları arasındakı ünsiyyətdə vasitəçi rolunu oynamaq;
3. Azərbaycanın yerli zərgərlik sənayesinin inkişaf etməsinə dəstək olmaq;
4. “Made in Azerbaijan” zərgərlik brendlərinin artımı istiqamətində təbliğat aparmaq;
5. Yerli istehsal olan zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində yer almasına nail olmaq;
6. Azərbaycanın zərgərlik bazarında cəlbedici investisiya mühitinin formalaşmasında iştirak etmək;
7. Zərgərlik bazarında fəaliyyət göstərən sahibkarlara dəstək üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
8. Zərgərlik sahəsində məşğulluğun və özünəməşğulluğun artmasında iştirak etmək;
9. Zərgərlik peşəsinə və təhsilinə marağın artmasına nail olmaq;
10. Azərbaycan zərgərlik ənənələrinin qorunub saxlanılmasına dəstək olmaq.
“AZƏRBAYCAN ZƏRGƏRLƏR ASSOSİASİYASI” İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ
QEYRİ-KOMMERSİYA QURUMLARININ DÖVLƏT REYESTRİNDƏN ÇIXARIŞ
QEYRİ-KOMMERSİYA HÜQUQİ ŞƏXSİNİN DÖVLƏT QEYDİYYATI HAQQINDA ŞƏHADƏTNAMƏ