Abbasquliyev Toğrul Aydın oğlu
İdarə Heyətinin sədri
Abbasquliyev Toğrul Aydın oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən “İqtisad və Maliyyə” İnstitutunu bitirmişdir. Ali təhsilini tamamladıqdan sonra Bakıya qayıtmışdır. Həmin ildə əmək fəaliyyətinə “Veysəloğlu” şirkətlər qrupunda Marketinq üzrə mütəxəssis kimi başlamışdır. 2008-2013-cü illərdə bank, reklam və satış sahələrində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. 2013-cü ildən etibarən bir çox dünyaca məşhur zərgərlik brendlərinin Azərbaycanda distribütoru olan “LEVATA GROUP” MMC şirkətində çalışır. O hal-hazırda həmin şirkətin Direktor vəzifəsini tutur. 2020-ci ilin Fevral ayından etibarən Abbasquliyev Toğrul Aydın oğlu “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədridir.
Əmircanov Rövşən Cəlil oğlu
İdarə Heyətinin üzvü - sədrin müavini
Əmircanov Rövşən Cəlil oğlu 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Türkiyənin Səlcuq universitetinin iqtisadiyyat və idarəetmə elmləri fakültəsində dövlət idarəçiliyi üzrə təhsil alıb. 2009-2013-cü illərdə Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində aparıcı məsləhətçi-əyarçı vəzifəsində işləyib. 2013-2019-cü illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çalışıb. 2019-cü ildən “AzerGold” QSC-nin Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin Baş mütəxəssisidir. 2021-ci ildən İqtisadiyyat Nazirliyinin yanında AİBNDX-nin tabeliyində olan “Azərbaycan Standatlaşdırma İnstitutu” PHŞ-in bazasında yaradılmış “Qiymətli Metallar və Qiymətli Daşlar” standartlaşdırma üzrə texniki komitənin sədridir. 2023-cü ilin İyul ayından etibarən Əmircanov Rövşən Cəlil oğlu “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavinidir.
Paşayev Elxan Paşa oğlu
İdarə Heyətinin üzvü - sədrin müavini
Paşayev Elxan Paşa oğlu 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Kooperasiya Universitetinin Biznesin təşkili fakultəsini bitirib. 2002-2018-ci illərdə Azərbaycan və Türkiyədə biznes fəaliyyəti ilə məşğul olub. 2018-ci ildən “EL.TA GLOBAL” şirkətinin rəhbəri kimi əlvan metalların alqı-satqısını həyata keçirir. 2022-ci ilin Noyabr ayından etibarən “Şərq Bazarı”nın nəzrində fəlaiyyət göstərən “Qızıl Bazarı”nın idarə edilməsi ilə məşğuldur. 2023-cü ilin İyul ayından etibarən Paşayev Elxan Paşa oğlu “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavinidir.
Məlikov Ağamirzə Elman oğlu
İdarə Heyətinin üzvü - sədrin müavini
Məlikov Ağamirzə Elman oğlu 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakıda tamamlayıb. 2013-cü ildən başlayaraq zərgərlik sahəsində fəaliyyət göstərir. 2013-2019-cu illlər ərzində “TAC Gold” MMC-də zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olub. Hal-hazırda həmin şirkətin Direktor müavini vəzifəsini tutur. 2023-cü ilin İyul ayından etibarən Məlikov Ağamirzə Elman oğlu “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavinidir.
Xəlilov Rövşən Şahin oğlu
İdarə Heyətinin üzvü - sədrin müavini
Xəlilov Rövşən Şahin oğlu 1984-cü ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini 2001-ci ildə Bakı şəhərində bitirmişdir. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsinə qəbul olmuşdur. 2006-cı ildə ali təhsilini bitirmişdir. 2004-cü ildən zərgərlik fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə “Zinəti-Zişan” zərgərlik brendini təsis etmişdir. 2020-ci ildən “Zinət Group” şirkətində çalışır. 2023-cü ilin İyul ayından etibarən Xəlilov Rövşən Şahin oğlu “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavinidir.