2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 min 507,9 kq qızıl istehsal edilib.
Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4% azalıb.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 762,2 kq qızıl gümüş istehsal edilib. Gümüş istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9% azalıb.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş istehsalının azalması əsasən etiraz aksiyasından sonra Gədəbəydə istehsalın dayandırılması ilə əlaqədardır.