Bu gün (31.01.2024) ŞƏRQ BAZARI ticarət mərkəzində Azərbaycan Zərgərlər Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.
İdarə Heyətinin sədri Abbasquliyev Toğrul çıxış edərək 2023-ci il üzrə Assosiasiyada görülmüş işlər barədə İdarə Heyətinin hesabatını səsləndirib, eləcə də 2024-cü il üzrə tərtib olunmuş fəaliyyət planını təqdim edib.
Təqdim olunan plan məqbul hesab edilərək səsvermə ilə təsdiqlənib.
Ümumi Yığıncağın davamında sahibkarlar mövcud çətinlikləri və onların həlli istiqamətində atıla biləcək addımlar barədə təkliflərini səsləndirib.