2024-cü ilin ilk 3 ayı üzrə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 55 milyon manat təşkil etmişdir. Bu göstərici keçən ilin ilk rübünün dövriyyəsi ilə, demək olar ki, eynidir.
Ölkədaxili dövriyyə 2023-cü il üzrə 232 milyon manat, 2022-ci il üzrə – 153 milyon manat, 2021-ci il üzrə isə 108 milyon manat olmuşdur.
Son bir neçə ayda xam qızılın qiymətindəki ciddi artımı nəzərə alsaq, 2024-cü ilin tamamında 232 milyon manatdan çox potensial dövriyyə proqnozlaşdırmaq olar.
2024-cü ilin 3 ayı üzrə hazır zərgərlik məmulatlarının ixrac həcmi 800 min manat olmuşdur. Bu göstərici xam qızlın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın, gümüşün və hazır zərgərlik məmulatlarının cəminin ixracı 28.3 milyon manat təşkil etmişdir.