3-5 may 2024-cü il tarixlərində Özbəkistan Respublikasının Buxara şəhərində “II Beynəlxalq Qızıl Naxış və Zərgərlik Festivalı” keçirilmişdir.
Tədbirdə 42 ölkəni təmsil edən 370 yerli və 123 xarici sənətkarlar və zərgərlik şirkətlərinin nümayəndələri iştirak etmişdir.
Festivalda ölkəmizi “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov təmsil etmişdir.
Rövşən Əmircanov festival çərçivəsində təşkil edilmiş “Ənənəvi qızıl naxış və zərgərlik sənətinin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfransda çıxış edərək Azərbaycanın zərgərlik sektoru, “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyi və “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə texniki komitənin fəaliyyəti, həmçinin Azərbaycanın milli brendləri haqqında geniş məlumat vermişdir.