“AzerGold” QSC İçərişəhərə həsr olunmuş yeni qızıl sikkə kolleksiyasını təqdim edib.

Kolleksiya yerli qızıldan, ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir. Sikkə çeşidləri üzərində ümumbəşəri dəyər kimi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən İçərişəhərin tarix və mədəniyyət abidələri dizayn edilib. Qız qalası, Şirvanşahlar sarayı, Şah məscidi, Qoşa qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələrin həkk olunduğu sikkə kolleksiyası paytaxtımızın tarixi simasını simvolizə edir.

Yeni məhsullar “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması – “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.