Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, özəl şirkətlərin rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin Sədri və üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisiyasında sərgilənən zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə tanış olublar.