Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağd qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunması təklif edilir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur.

“Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir”, – deyə vergi rəsmisi qeyd edib.

Report.az