Azərbaycan Zərgərlər Assosiasiyasının Dövlət Vergi Xidmətindən aldığı məlumata əsasən 2025-ci ilin ilk 6 ayı üzrə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 150 milyon manat təşkil etmişdir. 2024-cü ilin yanvar-iyun ayları üzrə zərgərlik bazarının dövriyyəsi 130 milyon manat olmuşdur.

Zərgərlik bazarında fəaliyyət göstərən sahibkarların və ekspertlərin rəyinə görə, yaranan 20 milyon manatlıq fərq qızılın birja qiymətinin son dövrlərdə kəskin artmasıdır.

Assosiasiyanın proqmozlarına əsasən 2025-ci il üzrə dövriyyə 300 milyon manat təşkil edə bilər.

Qeyd edək ki, ölkədaxili dövriyyə 2024-cü il üzrə 266 milyon manat, 2023-cü il üzrə 232 milyon manat, 2022-ci il üzrə 153 milyon manat, 2021-ci il üzrə – 108 milyon manat, 2020-ci il üzrə – 32 milyon manat olmuşdur.