Gümüşün qramının qiyməti təxminən 4% artaraq 2 dollara qədər yüksəlib.
Beləliklə, metal aylıq müqayisədə təxminən 25%, ilin əvvəlindən bu yana isə 120%-ə yaxın dəyər qazanıb.
Gümüşün bahalaşmasının arxasında artan sənaye tələbi, azalan ehtiyatlar və metalın ABŞ-ın vacib minerallar siyahısına daxil edilməsi dayanır.
