Azərbaycan Zərgərlər Assosiasiyası
← Bütün xəbərlər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndə heyəti ilə növbəti görüş keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndə heyəti ilə növbəti görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

Görüş zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların istehsalı və dövriyyəsi sahəsində qanunvericiliyin tələbləri, sahibkarların öhdəlikləri və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumat verilib.

Azərbaycan Zərgərlər Assosiasiyasının rəhbərliyi, eləcə də görüşdə iştirak edən istehsalçılar tərəfindən qeyd edilib ki, mövcud qanunvericilikdə nəzərdə tutulmuş əyarlama və damğalama rüsumlarının həcmi kifayət qədər yüksəkdir və Assosiasiya, zərgərlik sahəsi inkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq, həmin rüsumların optimallaşdırılması, eləcə də bu xidmətdə nəzərdə tutulan prosedurların və mexanizmlərin təkmilləşdirilməsi istiqamətində öz təkliflərini hazırlayıb müvafiq Dövlət qurumlarına təqdim edəcək.