Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 14 Dekabr saat 00:00-dan 2021-ci il 18 Yanvar saat 00:00-dək xüsusi karantin rejimi sərtləşdirilir. Ölkə ərazisində müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş və xidmətlər dayandırılacaq. Bu məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Verilmiş məlumata əsasən bütün ticarət obyektlərində müştərilər üçün yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn formatda satışa icazə veriləcək.