Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihə səsə qoyularaq qəbul edilib.
Bundan əvvəl müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

oxu.az