Avqustun 16-da KOBİA-nın təşkilatçılığı ilə Azərbaycan Zərgərlər Assosiasiyası, Dövlət Gömrük Komitəsi və Mədəniyyət Nazirliyi arasında onlayn formatda görüş keçirilib.
Görüşdə Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin Sədri Toğrul Abbasquliyev, Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Elçin Rüstəmov, Aqşin Qurbanov və Nuran Süleymanov, Mədəniyyət Nazirliyinin məsul nümayəndəsi Yaşar Hüseynli, eləcə də zərgərlik sahəsində fəaliyyət göstərən “İtaldizain” şirkətinin nümayəndəsi Hüseyn Zeynallı və “Tac Gold” şirkətinin nümayəndəsi Ağamirzə Məlikov və digər şəxslər iştirak ediblər.
Görüş zamanı “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, o cümlədən, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin alınması, həmin malların qalma müddəti, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi müzakirə olunub.
Görüşün sonunda qurumlar arasında əməkdaşlığın gücləndirilməsi zərurəti qeyd olunub.
Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları: http://www.e-qanun.az/framework/26535