2021-ci il 23 fevral tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dəyişikliyə əsasən qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin kollegiyasının 08.09.2021 tarixli 12 nömrəli qərarına əsasən Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilmişdir.