11-13 Oktyabr tarixlərində Hindistanın “Qiymətli daşlar və Zərgərlik məmulatlarıının İxracının Təşviqi Şurasının” (https://gjepc.org) təşkilatçılığı ilə Dubai şəhərində “Qiymətli daşlar və Zərgərlik məmulatları üzrə Beynəlxalq sərgi (https://intl.gjepc.org/dubai) keçiriləcək.

Hindistanın Azərbaycanda səfirliyi ilə Azərbaycan Zərgərlər Assosiasiyası arasında olan danışıqlara əsasən sərgidə iştirak etmək istəyən 5-7 Azərbaycan şirkətinin/sahibkarının sərgidə iştirak xərcləri (300$ həcmində bilet xərci, 10-14 Oktyabr tarixlərində otel xərcləri və gündə 3 dəfə qidalanma) təşkilatçı tərəfindən qarşılanacaq.

Sərgidə iştirak etmək niyyəti olan və bu fürsətdən faydalanmaq istəyi olan sahibkarlar Assosiasiyaya müraciət edərək ətraflı məlumat ala bilər.