Caharshah yaradıcılıq mərkəzi 8 Noyabr Zəfər gününə həsr edilmiş 5 və 10 qramlıq gümüş sikkələri istehsal etmişdir. Sikkələrin üzərində işğaldan azad edilmiş şəhər və rayonların xəritələri, xəritələrin içərisində isə şəhər və rayonların özündə simvolizə edən abidələrin şəkilləri öz təcəssümünü tapmışdır.

8 Noyabr Zəfər gününə həsr olunmuş gümüş sikkənin üzəri dövlət bayrağında və gerbində yer almış 8 güşəli ulduzdan, eyni zamanda xalça ornamentləri içərisində özünə məxsus yeri olan spiralvari “İslimi” ornamentinin formasından istifadə edilərək dizayn edilmişdir. Çarxın hər bir hissəsində Qarabağı özündə əks etdirən bununla yanaşı, işğaldan azad edilmiş şəhər və rayonlarımızın simvoluna çevirilən abidələr yer almaqdadır. Çarx spiralvari formasında dizayn olunmasında səbəb, tarixi abidələrimizin və mədəniyyət incilərimizin illər keçəsə də daim bizim xalqa məxsusluğu və keçmişimizə bağlılığımızı özün də əks etdirir.

Gümüş sikkə üzərində işğaldan azad edilmiş şəhər və rayonlarımızda yerləşən abidələr və zəfər sinvolumuz yer almaqdadır:
1.Ağdam Cümə məscidi
2.Laləzar körpüsü
3.Zəngilan Çinar meşəsi
4.Həmzə Sultan sarayı
5.Qarabağ atı
6.Xudafərin körpüsü
7.Şeyx Babı Yaqub türbəsi
8.Xarı bülbül