2022-ci ilin 21-25 May tarixlərində Özbəkistanın qədim Buxara şəhərində “Beynəlxalq Zərgərlik Festivalı” keçiriləcək.
Festival çərçivəsində:
- zərgərlik sahəsi üzrə elmi-praktiki konfrans;
- zərgərlik brendlərinin tanıtımı;
- beynəlxalq səviyyəli zərgərlərin iştirakı ilə ustad dərsləri təşkil olunacaqdır.
Buxara şəhərində keçiriləcək “Beynəlxalq Zərgərlik Festivalı” barədə ətraflı məlumatı https://zarfestival.uz saytından əldə etmək olar.
Azərbaycanın zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarların, brend sahiblərinin və zərgərlərin festivala qatılmaq imkanı var. Bunun üçün https://zarfestival.uz/ru/online-ariza saytında qeydiyyatdan keçmək və ya Azərbaycan Zərgərlər Assosiasiyasına müraciət etmək olar.