2022-ci ilin 21-25 May tarixlərində Özbəkistanın qədim Buxara şəhərində “International Gold Embroidery and Jewelry Festival” adlı zərgərlik festivalı keçiriləcək.

Festival çərçivəsində zərgərlik sahəsi üzrə elmi-praktiki konfrans, zərgərlik brendlərinin tanıtımı və beynəlxalq səviyyəli zərgərlərin iştirakı ilə ustad dərsləri təşkil olunacaqdır.

Azərbaycan Zərgərlər Assosiasiyasının dəstəyi ilə “MİNALI”, “SHAKH FİLİGREE” və “SHAMSA” brendləri festivalda iştirak etməyi planlaşdırır.

Festivalı barədə ətraflı məlumatı https://zarfestival.uz saytından əldə etmək olar