İqtisadi böhranın qaçılmaz olması ilə bağlı narahatlıqlar fonunda ABŞ dolları 2020-ci ilon Mart ayından bəri ən yüksək səviyyəsinə çatıb. Mərkəzi banklar inflyasiyanı cilovlamaq üçün faizlərini artırırlar. Bazarlarda tənəzzül narahatlıqlarının artması ilə əlaqədar olaraq investorlar təhlükəsiz aktiv kimi dollara üstünlük verirlər. Bununla əlaqədar olaraq qızıl  unsiyasının qiyməti son 6 ayın minimum səviyyəsinə yaxınlaşır.

Marja xəbər verir ki, çərşənbə axşamı günü qızıl 2.4% də ucuzlaşıb. Bakı vaxtı ilə saat 10:20-da qızılın unsiyası 1766 dollardan ticarət olunub. ABŞ-ın iqtisadi vəziyyətinin sürətlə pisləşdiyinə dair əlamətlər müşahidə edilir.

Bloomberg Economics-in son hesablamalarına görə, gələn il ABŞ-da tənəzzül ehtimalı 38 faizdir.

marja.az