İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçə. Texniki şərtlər”, AZS ISO 8653:2023 “Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı” dövlət standartları qəbul edilib.
AZS 930:2023 (ГОСТ 28595-2015) “Gümüş külçə. Texniki şərtlər” dövlət standartı ölkənin ehtiyacları və ixrac üçün nəzərdə tutulan saflaşdırılmış gümüş külçələrə şamil edilir.
AZS ISO 8653:2023 “Zərgərlik məmulatları — Üzük ölçüləri — Anlayışlar, ölçülər və adı” dövlət standartı isə ölkəyə ixrac edilən və istehsal edilən üzüklərin vahid üzük ölçülərini müəyyən edir.
Yeni standartlar “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən hazırlanıb, “Qiymətli metallar və qiymətli daşlar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 36) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.