Qızılın qiyməti həftə ərzində tarixi maksimumunu (2075.10$) yeniləyərək 2075.38$ səviyyəsini görsə də, Amerikada proqnozların çox üzərində artım qeydə alınan əmək bazarı göstəriciləri fonunda bir qədər ucuzlaşdı. Lakin, qiymətli metal bir unsiya üzrə qiyməti həftəni əvvəlki bağlanışla müqayisədə 1.4%-lik bahalaşma ilə 2016.36$ səviyyəsində bağladı.
Təhlillərə əsasən bu həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı, Amerikada, Almaniyada və İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin İngiltərədə dərc olunacaq ÜDM-in həcmi valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər.