Azərbaycan Respublikasının Prezidentinin 5 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
Həmin Qanuna əsasən 1 yanvar 2024-ci il tarixindən etibarən 3 il müddətinə
- ölkədaxili qızılın və gümüşün (külçə, sikkə və qranul şəklində) satışı ƏDV-dən azad edilir;
- qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilir;
- idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar aksizdən azad edilir.
Yuxarıda qeyd olunan vergi güzəştləri Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 1 yanvar 2021-ci il tarixindən 3 il müddətinə qüvvədə idi.
Eləcə də qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 88 saylı və 5 aprel 2021-ci il tarixli qərarına əsasən 5 may 2021-ci il tarixindən etibarən Azərbaycana idxalı zamanı almazlar, yaqutlar, sapfirlər, zümrüdlər, toz, emal olunmamış, işlənməmiş/yarımişlənmiş şəkildə qızıl, gümüş və platin və onlardan hazırlanmış zərgərlik məmulatları 15% gömrük rüsumlarından azad edilir.