2023-cü ildə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 232 milyon manat təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, bu son 4 ilin rekord göstəricisidir. Ölkədaxili dövriyyə 2022-ci il üzrə 153 milyon manat, 2021-ci il üzrə – 108 milyon manat, 2020-ci il üzrə – 32 milyon manat olmuşdur.
Azərbaycana hazır zərgərlik məmulatlarının idxalı da artmışdır. 2023-cü ildə sektor üzrə idxal həcmi 105 milyon manat, 2022-ci il üzrə – 70 milyon manat, 2021-ci il üzrə – 54 milyon manat, 2020-ci il üzrə – 32 milyon manat təşkil etmişdir.
2023-cü ildə hazır zərgərlik məmulatlarının ixrac həcmi 12 milyon manat olmuşdur. Bu göstərici xam qızlın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın və gümüşün ixracı 357 milyon manat təşkil etmişdir.