Cari ilin 28 fevral tarixində Rusiya Federasiyasının Stavropol vilayətinin Mineralnıye Vodı şəhərində Rusiya-Azərbaycan Regionlararası Forum keçiriləcəkdir. Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı, o cümlədən Rusiyanın bir çox regionlarını təmsil edən rəsmi şəxslərin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.

Azərbaycan Zərgərlər Assosiasiyasının üzvləri arasında sözügedən forumda iştirak etmək niyyəti olan sahibkarlar Assosiasiyanın rəhbərliyinə müraciət edə bilər.