İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.

İclasda 2023-cü il ərzində zərgərlik sənayesinin inkişafı istiqamətində görülən işlər, cari il üzrə Fəaliyyət Planı, yeni standart layihələri, həmçinin Texniki Komitəyə yeni üzvlərin seçilməsi məsələləri müzakirə edilib.

Texniki Komitə üzvlərinə ölkənin qızıl bazarında mövcud vəziyyət, Azərbaycanda qüvvədə olan və tətbiqi nəzərdə tutulan standartlar, zərgərlik sektorunun potensialı və müasir standartların tətbiqinin Azərbaycanda zərgərlik sənayesinə faydaları barədə məlumat verilib.

İclasda AZSTAND, İqtisadi Zonaların İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), “AzerGold” QSC, Təhsildə Keyfiyyət Təminat Agentliyi, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, “LEVATA GROUP” MMC, “Unique Group” MMC, “TAC GOLD” MMC, “AARON’S Jewellery” MMC, “Lilex” MMC, o cümlədən “ShakhFiligree”, “Dr. Jeweler”, “İrs traditional jewellery” zərgərlik brendlərinin nümayəndələri və zərgərlik sahəsində olan digər fiziki şəxslər iştirak edib.

azstand.gov.az