2024-cü ilin ilk 6 ayı üzrə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 114 milyon manat təşkil etmişdir. Bu göstərici keçən ilin yanvar-iyun aylarının dövriyyəsi ilə, demək olar ki, eynidir.

Ölkədaxili dövriyyə 2023-cü il üzrə 232 milyon manat, 2022-ci il üzrə – 153 milyon manat, 2021-ci il üzrə isə 108 milyon manat olmuşdur.

Azərbaycan Zərgərlər Assosiasiyasının bazar iştirakçıları arasında apardığı sorğulara və təhlillərə əsasən zərgərlik bazarının keçən illə müqayisədə ciddi şəkildə zəifləməsi barədə qənaətə gəlmək olar. Son bir neçə ayda xam qızılın qiymətindəki ciddi artım bunu təsdiq edir, çünki adıçəkilən səbəbdən bazar dövriyyəsi üzrə rəqəmlər enişə məruz qalmayıb.

2024-cü ilin yanvar-iyun ayları üzrə hazır zərgərlik məmulatlarının ixrac həcmi 1 milyon 716 min manat olmuşdur. Bu göstərici xam qızlın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın, gümüşün və hazır zərgərlik məmulatlarının cəminin ixracı 74 milyon manatı ötüb.

Eləcə də qeyd etmək lazımdır ki, 2024-cü ilin 6 ayı ərzində rekord həcmdə – 1 milyard 269 milyon manat dəyərində, ölkəyə xam qızıl və gümüş idxal olunub.