2024-cü ilin ilk 9 ayı üzrə Azərbaycanın zərgərlik məmulatları bazarında dövriyyə 180 milyon manat təşkil etmişdir. Bu göstərici keçən ilin yanvar-sentyabr aylarının dövriyyəsi ilə, müqayisədə 21 milyon daha çoxdur.
Ölkədaxili dövriyyə 2023-cü il üzrə 232 milyon manat, 2022-ci il üzrə – 153 milyon manat, 2021-ci il üzrə isə 108 milyon manat olmuşdur.
2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazır zərgərlik məmulatlarının ixrac həcmi 2.4 milyon manat olmuşdur. Bu göstərici xam qızlın və gümüşün ixracını özündə əks etdirmir. Eyni dövr üzrə xam qızılın, gümüşün və hazır zərgərlik məmulatlarının cəminin ixracı 183 milyon manatı ötüb.
Eləcə də qeyd etmək lazımdır ki, 2024-cü ilin 9 ayı ərzində rekord həcmdə – 3 milyard 115 milyon manat dəyərində, ölkəyə xam qızıl və gümüş idxal olunub.