Qızıl sənayesini təmsil edən London Külçə Bazarı Assosiasiyasının üzvləri qarşıdakı bir il ərzində qızılın 10 faiz bahalaşaraq yeni rekord səviyyələrə qalxacağını proqnozlaşdırırlar.
ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcəsini azaldacağı nikbinliyi ilə qızıl bu il 30 faiz bahalaşıb. Həmçinin qiymətli metal, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr fonunda mərkəzi bankların güclü alışları və “təhlükəsiz liman” tələbi ilə dədəstəklənib.
Külçə sənayesi nümayəndələri arasında aparılan sorğuya görə, qızılın qiymətinin gələn il rekord səviyyələrə qalxacağı gözlənilir. Mayamidə keçirilən London Külçə Bazarı Assosiasiyasının tədbirində iştirak edən nümayəndələr qızılın qiymətinin gələn ilin oktyabr ayının sonuna kimi hazırkı səviyyələrdən təxminən 10% yuxarı, bir unsiya üçün 2917,40 dollara yüksələcəyini gözləyirlər.
Qızıl 2024-cü ilin ən güclü aktivlərindən biridir. Qızılın qiyməti sonuncu dəfə keçən ay 2685 dolları keçərək rekord yeniləyib. İnvestorların diqqəti ABŞ-da bir neçə həftədən sonra keçiriləcək prezident seçkilərinə də yönəlib.