Beynəlxalq Standartlaşdırma Təşkilatının “Zinət əşyaları və qiymətli metallar” standartlaşdırma üzrə Texniki Komitənin və işçi qruplarının Çinin Şanxay şəhərində iclası keçirilib. Çin Standartlaşdırma İdarəsinin (SAC) təşkilatçılığı ilə 29-30 oktyabr tarixlərində keçirilən iclasda Qiymətli metallar və qiymətli daşlar standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/36) nümayəndəsi ilə yanaşı, İtaliya Standartlar Qurumunun (UNI – Italian Standards Body), Fransa Standartlaşdırma Assosiasiyasının (AFNOR), Almaniya Standartlar İnstitutunun (DIN), Çin Standartlaşdırma İdarəsinin (SAC), İsveçrə Standartlaşdırma Assosiasiyasının (SNV), Britaniya Standartlar İnstitutunun (BSI), Rusiyanın Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyinin (Rosstandart) və digər ölkələrin standartlaşdırma qurumlarının nümayəndələri iştirak edib.