22.04.2025 tarixində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin növbəti iclası keçirilib.

İclasda “AzərGold” QSC, Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi “Azərsuvenir” MMC, İqtisadi Zonaların İnkişafı Agentliyi, AZPROMO, Azərbaycan Zərgərlər Assosiasiyası və digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

İclas zamanı AZSTAND/TK 36 üzvləri tərəfindən təbəqələr, lentlər, zolaqlar, folqalar, məftillər, borular, profillər, tökmə pəstahlar və digər bu qəbildən olan məhsulların istehsalı üçün nəzərdə tutulmuş qızıl və onun əsasında hazırlanmış ərinti markalarını müəyyən edən dövlət standartının layihəsi müzakirə edilib və konsensus nəticəsində qəbul edilməsi barədə qərara gəlinib.

Beləliklə, yeni dövlət standartının qəbulu məqsədilə Texniki Komitə tərəfindən AZSTAND-a müvafiq qaydada müraciət olunub.