Sentyabrın 3-də Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev arasında görüş baş tutub.
Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, sahibkarlıq mühitinin inkişafı və biznes dairələrinin bir-biri ilə daha sıx inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb. Tərəflər, zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarların maraqlarının müdafiəsi, onlara yeni imkanların yaradılması, həmçinin müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Hər iki qurum əməkdaşlığın həm yerli sahibkarların inkişafına müsbət töhfə verəcəyinə inam ifadə edib.


