09.09.2025-ci il tarixində İstehlak Mallarının Ekspertizası Mərkəzində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin növbəti iclası keçirilib.
Tədbirdə Agentliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC, AZSTAND, Azərbaycan Zərgərlər Assosiasiyası, “AzərGold” QSC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və zərgərlik sahəsində fəaliyyət göstərən yerli şirkət və brendlərin nümayəndələrindən ibarət Texniki Komitənin üzvləri iştirak ediblər.
İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planının icrası ilə bağlı görülmüş işlər müzakirə olunub. Daha sonra komitə üzvləri tərəfindən aşağıdakı dövlət standartlarının layihələri üzrə səsvermə keçirilib:
- Qiymətli daşlar — Terminlər və təriflər;
- Zərgərlik məmulatları və qiymətli metallar — Yüksək saflıqlı gümüşün təyini — ICP-OES üsulu ilə.
Müzakirələr nəticəsində konsensus əsasında həmin standart layihələrinin AZSTAND-a təqdim olunaraq qanunvericiliyə uyğun şəkildə dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət olunması barədə qərar qəbul edilib. Həmçinin, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 174 “Jewellery and precious metals” (Zərgərlik və qiymətli metallar) üzrə Texniki Komitəsində müzakirə olunan iki standartın
- Zərgərlik məmulatları və qiymətli metallar — Yüksək saflıqlı gümüşün təyini — ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu
- Qiymətli daşlar — Terminlər və təriflər
dövrü yoxlanılması, eləcə də bir standartın
- Zərgərlik məmulatları və qiymətli metallar — Yüksək saflıqlı gümüşün təyini — ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu
sonuncu redaksiyasının hazırlanması məsələləri komitə üzvlərinin rəy və təkliflərinə təqdim edilib.
