“AzerGold” QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib.

Yeni sikkə kolleksiyası Laçın şəhərinə ithaf olunub. Sikkənin hazırlanmasında Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib.

Qeyd edək ki, “Laçın” kolleksiyası “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə hazırlanıb. İstehlakçılar kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması www.azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.