Azərbaycanda fəaliyyət göstərən və qızıl, mis və gümüş istehsalı ilə məşğul olan “Anglo Asian Mining” PLC (AAM) şirkəti 2026-cı il üzrə qızıl hasilatı proqnozlarını açıqlayıb. AAM 2026-cı ildə qızıl hasilatının 28 min–33 min unsiya arasında olacağını, gümüş hasilatının isə 170-210 min unsiya olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, AAM 2025-ci ildə 25,061 min unsiya qızıl hasil edib. Bundan əlavə, 2025-ci ildə gümüş hasilatı 153,333 min unsiya təşkil edib.
Demək ki, 2026-cı ildə şirkətin Azərbaycanda qızıl hasilatının bir il əvvəlki göstərici ilə müqayisədə artımı 11,7 %-dən 31,7 %-ə qədər, gümüşün 10,9 %-dən 36,95 %-ə qədər ola bilər.
Xatırladaq ki, şirkət 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında (AIM) listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.
