2026-cı ilin 4-6 iyun tarixlərində Bakı İdman Sarayında AZERBAIJAN JEWELRY SHOW adlı beynəlxalq zərgərlik sərgisi keçirilib. Sərginin açılış mərasimində Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı və Türkiyə nümayəndə heyətinin rəhbəri Gökhan Yalçın çıxış ediblər.

Toğrul Abbasquliyev: “Bu sərginin keçirilməsində bir neçə məqsədimiz var. Azərbaycanın zərgərlik sənayesinin inkişafına dəstək vermək, qiymətli metallardan və qiymətli daşlardan hazırlanan zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində payının artırılmasıma təkan vermək və, təbii ki, yerli brendləri əhali arasında təbliğ etməkdir. Sərgimizdə hazır zərgərlik məmulatları yanaşı zərgərlik məmulatlatı üçün istifadə olunan qablaşdırma malları, zərgərlik sənayesi avadanlıqları və alətləri, eləcə də zərgərlik sənayesində istifadə olunan qəliblər, ləvazimatlar və məlzəmələr nümayiş olunacaq. Sərgidə zərgərlik sahəsindəki istehlsalçılara və emalatxanalara peşəkar xidmətlər göstərən Dövlət və özəl şirkətlər də iştirak edir.”

Birinci AZERBAIJAN JEWELRY SHOW beynəlxalq zərgərlik sərgisində Azərbaycan şirkətləri ilə yanaşı, qardaş Türkiyənin tanınmış şirkətləri və brendləri də iştirak edib.