Türkiyə Respublikasının səfiri Birol Akgün ilə Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev arasında görüş baş tutub.
Görüş zamanı Azərbaycan Zərgərlər Assosiasiyasının təşkilatçılığı ilə 2026-cı ilin 4-6 iyun tarixlərində baş tutmuş AZERBAIJAN JEWELRY SHOW zərgərlik sərgisi müzakirə olunub. Cənab səfir ciddi sayda Türkiyə şirkətlərinin və brendlərinin sərgidə iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan və Türkiyə zərgərlik sektorlarının sıx iqtisadi əlaqələrini nəzərə alaraq, adıçəkilən sərginin davam keçirilməsini dəstəklədiyini qeyd edib.

