← Bütün xəbərlər
Azərbaycan Zərgərlər Assosiasiyası ilə “ARBİTRO” Hüquq Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

27 noyabr 2026-cı il tarixində Azərbaycan Zərgərlər Assosiasiyası ilə “ARBİTRO” Hüquq Şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumun əsas məqsədi zərgərlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə töhfə vermək, mövcud hüquqi məsələlərin həlli istiqamətində birgə fəaliyyət göstərmək, Assosiasiyanın və onun üzvlərinin hüquq və qanuni mənafelərinin müdafiəsini dəstəkləməkdir.
2020-ci ildə təsis edilmiş Azərbaycan Zərgərlər Assosiasiyası ölkədə zərgərlik sahəsinin inkişafı, sahə üzrə fəaliyyət göstərən şirkətlər və mütəxəssislər arasında təcrübə mübadiləsinin təşviqi, Azərbaycan zərgərlik məmulatlarının Azərbaycanın ixrac səbətində payının artırılması, eləcə də “Made in Azerbaijan” zərgərlik brendləri üçün stimullaşdırıcı tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
“ARBİTRO” Hüquq Şirkəti korporativ hüquqi xidmətlər sahəsində ixtisaslaşmış, peşəkar vəkillərdən və hüquqşünaslardan ibarət komandası ilə fiziki və hüquqi şəxslərə hüquqi xidmətlər göstərən, onların hüquq və qanuni mənafelərinin müdafiəsini həyata keçirən hüquq şirkətidir.
İmzalanmış memorandum zərgərlik sahəsinin inkişafına hüquqi dəstəyin göstərilməsi və sektorun inkişafına töhfə verilməsi baxımından mühüm addım hesab olunur.



