Azərbaycan Zərgərlər Assosiasiyası
← Bütün xəbərlər

Azərbaycana idxal ediləcək qızıl, gümüş, almaz və onlardan hazırlanmış zərgərlik məmulatları gömrük rüsumlarından azad edilir

Azərbaycana idxal ediləcək qızıl, gümüş, almaz və onlardan hazırlanmış zərgərlik məmulatları gömrük rüsumlarından azad edilir

Nazirlər Kabinetinin 5 Aprel 2021-ci il tarixli Qərarına əsasən

  • almazlar;
  • yaqutlar, sapfirlər, zümrüdlər;
  • qızıl, gümüş, platin (toz, emal olunmamış, işlənməmiş/yarımişlənmiş şəkildə);
  • qiymətli metallardan hazırlanmış zərgərlik məmulatları

Azərbaycana idxalı zamanı 15% gömrük rüsumlarından azad edilir.

Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni 6 May 2021-ci il tarixindən qüvvəyə minir.

 

Əlavə olaraq qeyd edək ki, 1 Yanvar 2021-ci il tarixindən etibarən 3 il müddətinə

  • ölkədaxili qızılın və gümüşün (külçə, sikkə və qranul şəklində) satışı ƏDV-dən azad edilir;
  • qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilir;
  • idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar aksizdən azad edilir.