Fransanın iri lüks məhsullar şirkəti LVMH, ABŞ-ın Tiffany şirkətini 16.2 milyard dollara satın almaqdan imtina etdi. ABŞ-ın Avropa Birliyi məhsullarına əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırması ilə əlaqədar olaraq Fransa hökuməti LVMH-dən satınalmanı təxirə salmasını tələb edib.
Fransa hökumətindən “lüks” müdaxilə
Louis Vuitton, Christian Dior, Marc Jacobs, Bulgari kimi markaların sahibi Fransanın lüks nəhəngi LVMH, ABŞ-ın Tiffany-ni almaq üçün bağladığı müqaviləni əvvəldən təyin olunan 24 Noyabr 2020-ci il tarixinə qədər tamamlayamayacağını açıqlayıb.

Marja xəbər verir ki, LVMH keçən ilin noyabr ayında Tiffany-ni 16.2 milyard dollara satın almaq üçün müqavilə bağladığını açıqlamışdı. Ancaq LVMH, Fransa hökumətinin satınalmanı dayandırmalarını tələb etdiyini açıqlayıb. Bu tələbin səbəbi isə ABŞ-ın Avropa Birliyi ölkələrindən gələn mallara əlavə gömrük vergisi tətbiq edəcəyi hədəsidir.

MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR

Tiffany-nin İdarə heyətinin sədri Roger Farah müqaviləni tamamlamaq üçün məhkəməyə müraciət edəcəklərini bildirib.

Fransa hökumətinin müdaxiləsindən əvvəl belə razılaşmanın Tiffany-nin azalan satışları səbəbilə ləğv oluna bilinəcəyi danışılırdı. Koronavirus epidemiyasının təsirilə Tiffany-nin satışları ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 36% azalıb.

marja.az