Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 679,1 kq qızıl, 3 259 kq gümüş istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq dövründən 3,7% az, gümüş istehsalı 13,5% çox olub.

Oktyabrın 1-nə 357 kq qızıl, 167,2 kq gümüş ehtiyatı yaranıb.