Nazirlər Kabinetinin 5 Aprel 2021-ci il tarixli Qərarına əsasən

  • almazlar;
  • yaqutlar, sapfirlər, zümrüdlər;
  • qızıl, gümüş, platin (toz, emal olunmamış, işlənməmiş/yarımişlənmiş şəkildə);
  • qiymətli metallardan hazırlanmış zərgərlik məmulatları

Azərbaycana idxalı zamanı 15% gömrük rüsumlarından azad edilir.

Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni 6 May 2021-ci il tarixindən qüvvəyə minir.

 

Əlavə olaraq qeyd edək ki, 1 Yanvar 2021-ci il tarixindən etibarən 3 il müddətinə

  • ölkədaxili qızılın və gümüşün (külçə, sikkə və qranul şəklində) satışı ƏDV-dən azad edilir;
  • qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilir;
  • idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar aksizdən azad edilir.