Həmin Qərara əsasən Azərbaycana idxalı zamanı almazlar, yaqutlar, sapfirlər, zümrüdlər, toz, emal olunmamış, işlənməmiş/yarımişlənmiş şəkildə qızıl, gümüş və platin və onlardan hazırlanmış zərgərlik məmulatları 15% gömrük rüsumlarından azad edilir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, 1 Yanvar 2021-ci il tarixindən etibarən 3 il müddətinə
- ölkədaxili qızılın və gümüşün (külçə, sikkə və qranul şəklində) satışı ƏDV-dən azad edilir;
- qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilir;
- idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar aksizdən azad edilir.