44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfərinin ildönümü münasibətilə Mərkəzi Bankda tədavülə buraxılan xatirə pul nişanlarının təqdimat mərasimi keçirilib.

Mərkəzi Bankın yaydığı məlumata əsasən, zəfər tarixini əbədiləşdirmək üçün 500 manat nominallı “Zəfər” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılması elan edilib.

www.cbar.az