Milli və mənəvi dəyərləri özündə əks etdirən Azərbaycan zərgərlik brendi olan Resm 15 Noyabr tarixində yeni butikinin qapılarını müştəriləri üçün açıq elan etdi.

Öncəki mağazanın yaxınlığında – 28 May küçəsi 46F ünvanında yerləşən yeni məkanda alıcıları daha geniş və komfortlu məkan gözləyir. Açılış münasibətilə bütün kolleksiyalara 1 həftə ərzində 10% endirim təqdim edən Resm, müştəriləri tərəfindən olduqca maraqla qarşılandı.

Ölkəmizin qədim ornament və naxışlarını müasir interpretasiya halında təqdim edən Resm brendinin əsas ideası milli mədəniyyətimizə və incəsənətimizə olan marağı daha da dərinləşdirməkdir. Zinət əşyalarının hər birini ənənələrimizə və milli ruha sadiq qalaraq yaradılmışdır. Bütün məmulatlar dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumatlar və təsvirlərlə verilir.

Resm xanımların sevimli zərgərlik brendinə çevrilməyinə baxmayaraq kişi kolleksiyasına, uşaqlar üçün hazırlanmış kolleksiyalara və şərflərə də olduqca rəğbət bəslənilir.

Qızıl zinət əşyaları ilə birlikdə eksklüziv gümüş məhsullar üçün də üz tutulan Resm brendinin yeni mağazasına hər kəsi dəvət edir.