“BUTALI” brendinin ustaları “Xonçalıq” qolbaqlarını hazırlayarkən, Şərqdə bir çox tətbiqi sənət sahələrində istifadə olunan əsas elementlərdən biri – çoxüzlü “Xonça” medalyonundan ilham almışlar. Bəzəkli hədiyyə səbəti və ya sinisi olan xonça hələ qədim dövrlərdən bəri Azərbaycan ənənələrinin bir çoxunda bayram və yeni həyat rəmzi sayılır.
Bütün dünyada məşhur olan ipək kəlağayı və xalçalardakı naxışlarda da məhz bu medalyon təsvirindən istifadə olunur. Bayram və xoş ğünün rəmzi olan “xonça” 3 buta simvolu ilə yanaşı milli zərgərlik məktəbimizin ənənələrinə uyğundur.
“Xonçalıq” qolbağı – boyunbağı kimi də istifadə oluna bilər.