Avropada zərgərlik məmulatlarının nümayişi üzrə ixtisaslaşmış ən iri sərgilərdən sayılan “VICENZAORO” adətən hər il Yanvar ayında keçirilir. Bu il sərgi təşkilatçıları COVİD-19 pandemiyası üzrə qlobal vəziyyətə görə adıçəkilən sərginin keçirilməsini 2 aylıq təxirə salıblar.
İlkin olaraq sərginin keçirilməsi 2022-ci ilin 21-26 Yanvar tarixləri üçün planlaşdırılırdı, son qərara əsasən isə 17-21 Mart tarixlərində baş tutması gözlənilir.
Daha ətraflı məlumatı sərginin rəsmi veb-səhifəsindən əldə edə bilərsiniz:
www.vicenzaoro.com