15 noyabr 2022-ci il tarixində “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK36) videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda “AzerGold” QSC-nin “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərsuvenir” MMC-nin nümayəndələri iştirak etmişdir.

İclasın gündəliyinə salınan Texniki Komitənin fəaliyyəti, qəbul edilmiş standartlar haqqında məlumat verildi, yeni standart layihəsinin son rəyinin müzakirəsi, səsverməyə çıxarılması və digər məsələlər haqqında danışıldı. Həmçinin, son bir il ərzində Texniki Komitə tərəfindən gorülən işlər barədə də texniki komitə üzvlərinə məlumat verildi.

Texniki Komitə üzvləri tərəfindən ISO 11426 “Jewellery and precious metals — Determination of gold – Cupelation method (fire assay)” beynəlxalq standartının autentik tərcüməsi əsasında hazırlanmış layihəni “Zərgərlik məmulatları və qiymətli metallar. Qızılın təyini – Kupelyasiya üsulu (od sınağı”) müzakirə edilərək, konsensus əsasında dövlət standartı kimi qəbul edilməsi haqqında qərar qəbul edildi.

azstand.gov.az