2023-ci ilin 5-9 Yanvar tarixlərində Türkiyə Zərgərlik Məmulatlarının İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində “JEWELLERY ANTALYA” beynəlxalq zərgərlik sərgisi (https://www.jewelleryantalya.org/) keçiriləcək.
Türkiyə Zərgərlik Məmulatlarının İxracatçıları Assosiasiyası, Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Zərgərlər Assosiasiyası arasında olan danışıqlara əsasən sərgidə iştirak etmək istəyən 5-10 Azərbaycan şirkətinin/sahibkarının sərgidə iştirak xərcləri (500$ həcmində bilet xərci, 5-9 Yanvar tarixlərində otel xərcləri və gündə 3 dəfə qidalanma) təşkilatçı tərəfindən qarşılanacaq.
Sərgidə iştirak etmək niyyəti olan və bu fürsətdən faydalanmaq istəyi olan idxalçı sahibkarlar https://www.jewelleryantalya.org/ səhifəsində qeydiyyatdan keçə bilər və ya Assosiasiyaya müraciət edərək ətraflı məlumat ala bilər.